Təbliğat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Təbliğat və ya propaqanda — bir nəzəriyyəni, ideyanı, biliyi və s.-ni kütlə arasında yayma, təbliğ etmə.[1]
Etimologiya
[redaktə | vikimətni redaktə et]Yeni latın dilindəki propaganda sözü yaymaq və ya becərmək mənasını daşıyan propagare sözündən gəlir.[2] O, əksreformasiya çərçivəsində Katolik kilsəsi tərəfindən 1622-ci ildə yaradılmış Congregatio de Propaganda Fide (İnamı Təbliğ edən Camaat) inzibati qurumun adında işlənimişdi. 1790-cı illərdən bəri propaqanda sözü sekulyar kontekstində işlənməyə başlamışdı.[3][4]
Ərəb dilində təbliğat sözü təbliğ (ərəb. التبليغ) sözünün cəm formasıdır.[5]
Azərbaycan dilində həm propaqanda, həm təbliğat məhfumları işlənilir. Siyasi elmə aid Azərbaycandilli mənbələrdə təbliğat sözü daha çox işlənilir. Cahandar Cabarovun fikrincə, propaqanda daha geniş bir anlayışdır və o, həm təbliğatı, həm də təlqini və təşviqatı əhatə edir.[6]
İngilis dilindəki propaganda sözü adətən "xoşuma gəlməyən inandırıcı bəyanat" mənasında, yəni mənfi şəkildə istifadə olunur. Lakin, başqa dillərə bu söz daha neytral və ya hətta müsbət şəkildə tərcümə oluna bilər. Məsələn, Çin dilindəki 宣传 (xuānchuán) sözü adətən neytral və ya müsbət anlamı daşıyır.[7][8]:4–6
Təsnifatı
[redaktə | vikimətni redaktə et]Texnikalar
[redaktə | vikimətni redaktə et]Təbliğatının müəyyənləşdirməsi həmişə bir problem idi.[9] 1930-cu illəldə (müharibələrarası dövr) Təbliğat Analizi İnstitutu propaqadanın texnikalarını təsnif etmişdi.[10]
Ellülün təsnifatı
[redaktə | vikimətni redaktə et]Jak Ellül 1962-ci ildə buraxdığı kitabında propaqandanı dörd cütə təsnif edir.
Birinci cüt siyasi propaqanda (fr. propagande politique) və sosioloji propaqandadır (fr. propagande sociologique). Siyasi propaqanda məsələn, hökumət və partiya tərəfindən, cəmiyyətin davranışını dəyişmək məqsədi ilə işlənilir. O, taktiki və strateji ola bilər. Ellül siyasi propaqandanın nümunələri olaraq Stalin və Hitlerin propaqandalarını qeyd edir. Sosioloji propaqandanı dərk etmək isə daha çəntindir. Belə propaqanda kino və başqa media vasitələri ilə insanların vərdişlərinə, həyat tərzinə təsir edir. Ellülə görə, sosioloji propaqanda ən çox ABŞ və ÇXR-də inkişaf etmişdir.
İkinci cüt agitasiya propaqandası (fr. propagande d'agitation) və inteqrasiya propaqandasıdır (fr. propagande d'intégration). Agitasiya propaqandasının məqsədi üsyan və ya müharibədir. İnteqrasiya propaqandası isə konformizm propaqandasıdır. Ellül iddia edir ki, bu növ XX əsrdən əvvəl mövcud deyildi. Onun məqsədi mövcud olan vəziyyətə alışdırmaqdır.
Üçüncü cüt vertikal propaqanda (fr. propagande verticale) və horizontal propaqandadır (fr. propagande horizontale). Vertikal propaqanda yuxarıdan aşağı, yəni kütləyə avtoritetini işlədən liderdən gəlir. Horizontal propaqanda isə bir qrupun içində baş verən müzakirə çərçivəsində yaradılır və həmin qrupda olan fərdlər vasitəsi ilə özləri arasında yayımlanır.
Son cütlük rasional propaqanda (fr. propagande rationnelle) və irrasional propaqandadır (fr. propagande irrationnelle). Ellül qeyd edir ki, propaqanda irrasional xarakteri daşıyır və bu geniş şəkildə tanınmış həqiqətdir. Rasional propaqanda ona görə faktları, statistikanı və logikanı işlədən propaqandadır. İrrasional propaqanda isə sırf emosionaldır.[12]
Tarix
[redaktə | vikimətni redaktə et]Propaqandanın ən erkən nümunəsi Kadeş döyüşünün Misirin tərəfindən təsviridir.[13][14]
Kitab çapı texnologiyası propaqandanın yayılmasında böyük rol oynayırdı. Özəlliklə Müqəddəs Roma imperatoru I Maksimilian onu cəmiyyətdə öz obrazını yaratmaq və vətənpərvərliyi gücləndirmək üçün işlədirdi.[15][16] Reformasiya zamanı da, çap dini propaqandanı Avropada və xüsusilə Almaniyada yayamağa kömək edirdi.[17]
Gec XIX - erkən XX əsrlərdə həm texnologiyanın (sualtı kabellər, simsiz radio, kino), həm də müasir reklam və ictimai əlaqələrin inkişafına görə propaqandanın effektivliyi artmışdı.[18]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan dilinin izahlı lüğəti. Bakı, Şərq-Qərb, 2006.
- ↑ "propaganda, n." Oxford English Dictionary. Oxford University Press. dekabr 2020. 16 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2021.
- ↑ Diggs-Brown, Barbara. Strategic Public Relations: An Audience-Focused Approach (ingilis). Cengage Learning. 12 avqust 2011. ISBN 978-0-534-63706-4.
- ↑ "Online Etymology Dictionary". 2 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 mart 2015.
- ↑ "Azərbaycan dilinin izahlı lüğəti". 23 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 noyabr 2024.
- ↑ "Arxivlənmiş surət" (PDF). 29 aprel 2026 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 aprel 2026.
- ↑ Edney, Kingsley. The Globalization of Chinese Propaganda (ingilis). New York: Palgrave Macmillan US. 2014. 22–24, 195. doi:10.1057/9781137382153. ISBN 978-1-349-47990-0.
Outside the realm of official discourse, however, propaganda (xuanchuan), is occasionally used in a negative way...(p. 195)
- ↑ Lin, Chunfeng. Red Tourism in China: Commodification of Propaganda. Routledge. 2023. ISBN 9781032139609.
- ↑ Daniel J Schwindt, The Case Against the Modern World: A Crash Course in Traditionalist Thought Arxiv surəti 18 oktyabr 2025 tarixindən Wayback Machine saytında, 2016, pp. 202–204.
- ↑ Hobbs, Renee. "Teaching about Propaganda: An Examination of the Historical Roots of Media Literacy". Journal of Media Literacy Education. 6 (2). 9 noyabr 2014: 56–67. doi:10.23860/jmle-2016-06-02-5. ISSN 2167-8715.
- ↑ s. 5
- ↑
- ↑ "Ancient Egyptian State Propaganda: the Battle of Kadesh Case Study". 6 dekabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 aprel 2026.
- ↑ Butt, Merilyn. "5 Pieces of Propaganda from the Ancient World". TheCollector. 2 mart 2023. 16 fevral 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2026.
- ↑ Kunczic, Michael. Public Relations in Kriegzeiten – Die Notwendigkeit von Lüge und Zensur // Preußer, Heinz-Peter (redaktor). Krieg in den Medien (alman). Brill. 2016. səh. 242. ISBN 978-94-012-0230-5. İstifadə tarixi: 7 fevral 2022.
- ↑ Kunczik, Michael. Images of Nations and International Public Relations (ingilis). Routledge. 6 may 2016. səh. 158. ISBN 978-1-136-68902-4. İstifadə tarixi: 7 fevral 2022.
- ↑ Mark U. Edwards, Printing Propaganda and Martin Luther 15; Louise W. Holborn, "Printing and the Growth of a Protestant Movement in Germany from 1517 to 1524", Church History, 11, no. 2 (1942), 123.
- ↑ Susan A. Brewer, "Propaganda", in The Oxford Companion to United States History, ed. Paul S. Boyer (Oxford/NY: Oxford University Press, 2001), 625.