Məzmuna keç

Oleq Protasov

Vikipediya, azad ensiklopediya
Oleq Protasov
ukr. Олег Протасов
Ümumi məlumatlar
Doğum tarixi 4 fevral 1964(1964-02-04)[1][2][…] (62 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1,86 m
Mövqeyi hücumçu
Vəzifəsi Hücumçu
Karyerası
Klub karyerası[* 1]
1981–1987 Dnepr 145 (95)
1987–1990 Dinamo 71 (30)
1994–1995 Gamba Osaka 55 (24)
1996–1998 G.A.S. Veria 62 (11)
1999–2000 Panelefsiniakos F.C. 2 (1)
Milli yığma[* 2]
1984–1991 SSRİ 68 (29)
1994 Ukrayna 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oleq Protasov (ukr. Олег Валерійович Протасов; 4 fevral 1964[1][2][…], Dnepr) – Ukrayna futbolçusu və məşqçisi.

Klub karyerası

[redaktə | vikimətni redaktə et]

Oleq Protasov futbolçu karyerası dövründü Dnepr (1981-1987, 147 oyun, 95 qol), Dinamo Kiyev, (1988-1990, 71 oyun, 30 qol), Olimpiakos (1990-1994, 83 oyun, 48 qol), Qamba 1994-1995, 55 oyun, 24 qol), Veriya (Yunanıstan, 1996-1998, 62 oyun, 11 qol), Prodeftiki (Yunanıstan, 1998-1999, 28 oyun, 5 qol), Panelefsiniakos (Yunanıstan, 1999-2000) klublarının şərəfinii qoruyub. 1984-1991-ci illərdə 68 dəfə SSRİ yığmasına dəvət alıb 29 qol vurub. 1994-cü ildə isə bir dəfə Ukrayna millisinə çağırılıb.

Məşqçi karyerası

[redaktə | vikimətni redaktə et]

Məşqçi karyerasına 2002-ci ildə başlayıb və 2004-ci ilə qədər Yunanıstanın Olimpiakos klubunda çalışıb. 2004-2005-ci mövsümündə bu ölkənin AEL klubunu çalışdırıb. 2005-2006 mövsündə Rumıniyanın Styaua Buxarest klubuna başçılıq edib. 2006-2008-ci illərdə vətəninə dönərək, Dnepr Dnepropetrovsk klubunun baş məşqçisi olub 2008-ci ildə Kubana, 2009-cu ildə isə Yunanıstanın İraklis klubuna başçılıq edib. 2009-cu ilin sonunda Rostov klubunun baş məşqçisi təyin olunub.[3]

  1. 1 2 Oleg Protasov // Transfermarkt (çd.). 2000.
  2. 1 2 OLEG PROTASOV // Argentine Soccer Database (isp.).
  3. "SSRİ yığmasının üzvü Premyer Liqada". 5 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2009.
Oleq Protasov
Morty Proxy This is a proxified and sanitized view of the page, visit original site.