Məzmuna keç

NASA

Vikipediya, azad ensiklopediya
NASA
National Aeronautics and Space Administration[1][2]
Möhürün şəkli
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 29 iyul 1958[5][6]
Tabelik Amerika Birləşmiş Ştatları federal hökuməti[7]
Ştat sayı
  • 18.000 nəf. (2021)
İllik büdcəsi 18.724.000.000 $, 23.200.000.000 $[8], 25.400.000.000 $
Baş qərargah
Rəsmi saytı nasa.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

NASA (ing. National Aeronautics and Space Administration; "Milli Aeronavtika və Kosmos İdarəsi") — ABŞ-nin mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyi.

NASA 1958-ci ilin fevralında yaradılmış Aeronavtika üzrə Milli Məşvərət Komitəsinin (NACA) xələfidir. NASA-nın 2006-cı ilin fevral ayında qəbul edilmiş missiyası "Kosmik tədqiqadlarda və elmi kəşflərdə aparıcı rol oynamaq"dır. NASA-nın həyata keçirdiyi elmi tədqiqatlar əsasən Yer Müşahidə Sistemi vasitəsilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizikaastrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir.

NASA-nın 18 min nəfər əməkdaşı vardır və agentlik əldə etdiyi məlumatları tez-tez başqa ölkədaxili və beynəlxalq təşkilatlarla paylaşır.

NASA-nın bayrağı

1957-ci oktyabrın 4-də SSRİ-nin dünyada ilk süni peyki kosmosa buraxması ABŞ-ni özünün yenicə başlanmış kosmik proqramını sürətlədirməyə vadar etdi. ABŞ Konqresi SSRİ-nin bu addımını ölkənin milli təhlükəsizliyinə doğru yönəlmiş təhdid kimi dəyərləndirdi və təcili fəaliyyətə keçmək üçün xəbərdarlıq etdi. 7 ay davam edən müzakirələr nəticəsində yeni kosmik agentliyin yaradılması haqda razılığa gəlindi. Bu agentliyin yaradılması üçün xüsusi komissiya NASA yaradıldı. NASA bir çox elm adamları ilə, həmçinin almaniyalı elmi mütəxəssis Verner fon Braun ilə müzakirələr apardı. Bu komissiyanın məsləhəti ilə 1958-ci ilin iyulun 29-da yeni kosmik agentlik NASA-nın əsası qoyuldu.

  1. USA.gov. (İstifadə tarixi: 21 iyun 2021).
  2. Federal Register (ing.). Washington, D.C.: Office of the Federal Register. ISSN 0097-6326; 2167-2520; 1065-5042; 1551-1413. (İstifadə tarixi: 21 iyun 2021).
  3. Museum of Modern Art online collection (ing.). (İstifadə tarixi: 4 dekabr 2019).
  4. Photographers' Identities Catalog.
  5. GovInfo. (İstifadə tarixi: 21 iyun 2021).
  6. Oxford Reference (ing.). Oxford University Press. ISBN 978-0-19-960586-6. (İstifadə tarixi: 21 iyun 2021).
  7. Sourcebook of United States Executive Agencies (ing.). acus.gov. oktyabr 2018. P. 35. (İstifadə tarixi: 21 iyun 2021).
  8. About NASA (ing.). nasa.gov. (22 avqust 2021-ci ildə arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2021).
  9. Google Maps. (İstifadə tarixi: 21 iyun 2021).

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
NASA
Morty Proxy This is a proxified and sanitized view of the page, visit original site.