Məzmuna keç

Dövlət dili

Vikipediya, azad ensiklopediya

Dövlət dili və ya Rəsmi dilkonstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlamentməhkəmələrində işlədən dil rəsmi dil sayılır.[1] Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maorilər xalqı ölkə əhalisinin 16,5 faizini təşkil etsə də, o dil də dövlət dilidir.[2]

Dövlət dili dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olur. Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir. Dünyada geniş yayılmış dillərdən biri və ya bir neçəsi də rəsmi dil kimi işlənə bilər. Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər.

Dövlət dili ilə rəsmi dil arasında fərq

[redaktə | vikimətni redaktə et]

UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında aşağıdakı fərqi təklif etdi:

  • Dövlət dili - dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir.
  • Rəsmi dil — dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir.

Azərbaycan Respublikasının Dövlət dili

[redaktə | vikimətni redaktə et]

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.

Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.

  1. "OFFICIAL LANGUAGE", Concise Oxford Companion to the English Language, Ed. Tom McArthur, Oxford University Press, 1998.
  2. "Statistics New Zealand:Language spoken (total responses) for the 1996–2006 censuses (Table 16)". 9 mart 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2010.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
Dövlət dili
Morty Proxy This is a proxified and sanitized view of the page, visit original site.