Bucks Fizz
| Bucks Fizz | |
|---|---|
| (ing. Bucks Fizz) | |
| | |
| Əsas məlumatlar | |
| Üslub |
pop-rok Pop-musiqi |
| Fəaliyyət illəri | 1981—hazırda |
| Ölkə |
|
| Şəhər | Birləşmiş Krallıq |
| Dil | ingilis dili |
| Leybl | RCA • Records Polydor Records • Sony Music • Bertelsmann Music Group |
| Heyət |
Bobby G Tammy Choat Wayne Chinnery Jenny Phillips |
Bucks Fizz (ing. Bucks Fizz) — İngiltərə pop qrupu. Onlar 1980-ci illərdə uğur qazanıb, xüsusilə də 1981-ci il Avroviziya Mahnı Müsabiqəsində "Making Your Mind Up" mahnısı ilə qalib gəlib. Qrup 1981-ci ilin yanvarında məhz bu müsabiqə üçün xüsusi olaraq yaradılıb və dörd vokalçıdan ibarət olub: Bobbi Ci, Şeril Beyker, Mayk Nolan və Cey Aston.[1][2]
Onlar mahnını müşayiət edən rəqs hərəkətləri ilə böyük diqqət çəkiblər. Belə ki, mahnının sözlərinə ("...əgər daha çoxunu görmək istəyirsinizsə") uyğun olaraq, qrupun kişi üzvləri qadın üzvlərin uzun ətəklərini cıraraq altından daha qısa mini-ətəkləri üzə çıxarıblar. Qrup bütün dünyada uğurlu bir karyera qursa da (ABŞ-da kommersiya baxımından uğursuz olublar), Böyük Britaniya onların ən böyük bazarı olaraq qalıb. Onlar Britaniyada üç bir nömrəli sinqla — "Making Your Mind Up" (1981), "The Land of Make Believe" (1981) və "My Camera Never Lies" (1982) imza ataraq 1980-ci illərin ən çox satan qruplarından birinə çevriliblər. Qrup həmçinin "Now Those Days Are Gone" (1982), "If You Can't Stand the Heat" (1982), "When We Were Young" (1983) və "New Beginning (Mamba Seyra)" (1986) mahnıları ilə Britaniya hit-paradlarında ilk 10-luğa daxil olublar.[3]
İllər ərzində qrupun heyəti bir neçə dəfə dəyişib. Bu dəyişikliklərdən ən məşhuru, 1985-ci ildə Cey Astonun qrupdan ayrılması və onu Şelli Prestonun əvəz etməsi olub. Bobbi Cinın rəsmi "Bucks Fizz" versiyası 2018-ci ildən bəri demək olar ki, qeyri-aktivdir, lakin digər keçmiş "Bucks Fizz" üzvlərindən ibarət olan "The Fizz" qrupu fəaliyyətini davam etdirir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Qrup 1981-ci ildə reklamçı Endi Hill və onun həyat yoldaşı, müğənni Nikola Martinin təşəbbüsü ilə, yazdıqları "Making Your Mind Up" mahnısını tanıtmaq məqsədilə məhz Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək üçün xüsusi olaraq yaradılıb. Keçirilən dinləmələrdən sonra qrupun heyətinə dörd sarışın üzv — Maykl Nolan, Cey Aston, Şeril Beyker (əsl adı — Rita Kradjinqton) və Bobbi Cey (əsl adı — Robert Qabbi) daxil edilib. Bununla belə, Beyker artıq 1978-ci il Avroviziya müsabiqəsində 11-ci yeri tutmuş "Co-Co" qrupunun tərkibində iştirak etmişdi.[4] Bu məqam qrupun İsveç kvarseti "ABBA"-nı təqlid etməsi barədə fikirlərin yaranmasına səbəb olub. Kollektiv öz adını tərkibində şampan və portağal şirəsi olan populyar London kokteylinin adından götürüb.[5]
Qrupun müsabiqədəki çıxışı, konsert nömrəsinin ortasında hər iki qadın vokalçının ətəklərinin yoxa çıxması ilə yadda qalıb və bu, 2005-ci ildə BBC tamaşaçılarının səsverməsinin nəticələrinə görə müsabiqə tarixinin ən yaddaqalan məqamı kimi qəbul edilib. Müsabiqədəki qələbədən sonra "Making Your Mind Up" mahnısı üç həftə ərzində Britaniya hit-paradlarında birinci yeri tutub. Belə bir uğurdan sonra, yalnız müsabiqədə iştirak etmək üçün yaradılmış qrup uğurlu birgə fəaliyyətini davam etdirib. 1981-ci ildə qrup daha iki hit yazdırıb — "Piece Of The Action" (hit-paradda 12-ci yer) və "One Of Those Nights" (20-ci yer), həmçinin Tokioda keçirilən "Yamaha" Beynəlxalq Mahnı Festivalında Böyük Britaniyanı təmsil edərək "Another Night" mahnısı ilə 5-ci yeri tutub. Növbəti il isə artıq iki mahnı ("Land Of Make Believe" və "My Camera Never Lies") hit-paradlarda birinci pilləyə yüksəlib.[6]
Sonrakı dövrlərdə qrup bu cür böyük uğurlar qazana bilməsə də, mahnıları daha bir neçə il ərzində davamlı olaraq çartlarda ilk iyirmiliyə daxil olub. Daha sonra "Bucks Fizz" öz yaradıcılığında daha yaşlı auditoriyanı hədəf almağa başlayıb. Lakin bu, gözlənilən nəticələri verməyib. Qrup üzvləri fasilə vermək qərarına gəliblər və 1985-ci ildə "You And Your Heart So Blue" mahnısı ilə aktiv fəaliyyətə geri dönüblər. Bu, qrupun çartlara daxil olan son mahnısı olub. Qrupun bir daha bu cür uğurları olmasa da, kollektiv fəaliyyətini indiyə qədər davam etdirir.[7]
Qrupun hazırkı heyəti aşağıdakı kimidir:
- Bobbi Cey
- Heydi Menton
- Tommi Çoat
- Pol Fordhem
Sinqllar
[redaktə | vikimətni redaktə et]Cədvəldə qrupun sinqllarının Böyük Britaniya, Almaniya, Avstraliya, Lüksemburq, Avstriya, Niderland və İrlandiyanın siyahılarındakı yeri göstərilir.
| İl | Mahnı | BK | ALM | AVS | LUKS | AVS | NİD | İRL | Albom |
|---|---|---|---|---|---|---|---|---|---|
| 1981 | «Making Your Mind Up» | 1 | 5 | 6 | 1 | 1 | 1 | 1 | Bucks Fizz |
| «Piece of the Action» | 12 | 35 | 26 | - | 11 | - | 10 | ||
| «One of Those Nights» | 20 | - | - | - | 6 | - | 29 | ||
| «Another Night» | N/A | - | - | - | - | - | - | Are You Ready | |
| «The Land of Make Believe» | 1 | 3 | 15 | - | 5 | 1 | 1 | ||
| 1982 | «My Camera Never Lies» | 1 | 31 | 63 | - | 11 | 30 | 2 | |
| «Now Those Days are Gone» | 8 | - | - | - | - | - | 5 | ||
| «Are You Ready» | N/A | - | 93 | - | - | - | - | ||
| «Easy Love» | N/A | - | - | - | - | - | - | ||
| «If You Can’t Stand the Heat» | 10 | 75 | 93 | - | - | - | 10 | Hand Cut | |
| 1983 | «Run for Your Life» | 14 | - | - | - | - | - | 8 | |
| «When We Were Young» | 10 | 52 | - | 8 | 19 | 14 | 6 | Greatest Hits | |
| «London Town» | 34 | 64 | - | - | 19 | - | 24 | ||
| «Rules of the Game» | 57 | - | - | - | - | - | - | ||
| 1984 | «Talking in Your Sleep» | 15 | - | - | 14 | - | - | 14 | I Hear Talk |
| «Golden Days» | 42 | - | - | - | - | - | - | ||
| «I Hear Talk» | 34 | - | - | 25 | - | - | 29 | ||
| 1985 | «You and Your Heart so Blue» | 43 | - | - | 40 | - | - | - | Writing On The Wall |
| «Magical» | 57 | - | - | - | - | - | - | ||
| 1986 | «New Beginning (Mamba Seyra)» | 8 | - | - | 5 | - | 32 | 11 | |
| «Love the One You’re With» | 47 | - | - | - | - | - | - | ||
| «Keep Each Other Warm» | 45 | - | - | - | - | - | - | ||
| 1988 | «Heart of Stone» | 50 | - | - | - | - | - | - | The Story So Far |
| 1989 | «You Love Love» | - | - | - | - | - | - | - | |
Diskoqrafiya
[redaktə | vikimətni redaktə et]Cədvəl qrupun albomlarının Böyük Britaniya siyahılarındakı yerini göstərir.
| İl | Albom | BK |
|---|---|---|
| 1981 | Bucks Fizz | 14 |
| 1982 | Are You Ready | 10 |
| 1983 | Hand Cut | 17 |
| Greatest Hits | 25 | |
| 1984 | I Hear Talk | 66 |
| 1986 | Writing on the Wall | 89 |
| 1988 | The Story So Far | - |
| 1991 | Live at Fairfield Halls | - |
| 2005 | The Ultimate Anthology | - |
| 2006 | The Lost Masters | - |
| 2007 | The Very Best of Bucks Fizz | 40 |
| 2008 | The Lost Masters 2 — The Final Cut | - |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Making Your Mind Up - Full Official Chart History". Official Charts Company. Official Charts Company. 15 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2016.
- ↑ "Rags - Promises Promises 28th April 1977 Top Of The Pops". Archived from the original on 2 sentyabr 2019. İstifadə tarixi: 16 oktyabr 2019 – YouTube vasitəsilə.
- ↑ "A Song for Europe 1981". Songs4europe.com. 29 yanvar 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2010.
- ↑ Gotto, Connor. "Back to Winning Ways". Retro Pop magazine. 2021. 66.
- ↑ "Bobby G interview". Weekenderinteractive.butlinsonline.co.uk. 22 dekabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2008.
- ↑ "Bucks Fizz". Nme.com. 5 dekabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2009.
- ↑ "Cheryl Baker interview". BBC. İstifadə tarixi: 12 dekabr 2008.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Официальный сайт
Vikianbarda Bucks Fizz ilə əlaqəli mediafayllar var.